Prezident İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - Baku TV
Aprelin 17-də Antalyada Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.
Dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb. Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunulub. Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür edib.
Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.
Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Тег #İlham Əliyev используется
- Prezident İlham Əliyev Antalyada rəsmi görüşlər keçirib - Baku TV CANLI
- İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə bir araya gəldi
- İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - Baku TV
- Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
- İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib - Baku TV
