Выбрать плеер:

Prezident İlham Əliyev beynəlxalq mükafata layiq görüldü - Baku TV

26 апреля 2026 70 просмотров

“Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm”.

Bu fikirlər Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciətində vurğulanıb.

Bildirilib ki, 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilən amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir.

Dövlət başçısı diqqətə çatdırıb ki, müharibələrin acı nəticələrini yaşayan xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır:

“2025-ci ilin avqustunda Vaşinqtonda baş tutan tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı və Birgə Bəyannamə imzalandı. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyuldu. Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir”.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.

Скопировано
Okamponun etiraflarla dolu şok videosu: Avropanın gizli oyunları belə ifşa edildi - Baku TV

Okamponun etiraflarla dolu şok videosu: Avropanın gizli oyunları belə ifşa edildi - Baku TV

Siyasət
30 апреля 2026 70 просмотров
Rusiya XİN başçısından Xəzər dənizindəki limana hücumla bağlı sərt açıqlama - Baku TV CANLI

Rusiya XİN başçısından Xəzər dənizindəki limana hücumla bağlı sərt açıqlama - Baku TV CANLI

Siyasət
30 апреля 2026 70 просмотров
Prezident Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Prezident Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Siyasət
30 апреля 2026 70 просмотров
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etdi - Baku TV

İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etdi - Baku TV

Siyasət
30 апреля 2026 70 просмотров
Qətnamə böhranı: Ermənistan mövzusu Avropa Parlamentini necə tərəf edir? - AKTUAL GÜNDƏM

Qətnamə böhranı: Ermənistan mövzusu Avropa Parlamentini necə tərəf edir? - AKTUAL GÜNDƏM

Siyasət
30 апреля 2026 70 просмотров
Bakı və İrəvan sərhəd məsələsini müzakirə etdi - 24 SAAT

Bakı və İrəvan sərhəd məsələsini müzakirə etdi - 24 SAAT

Siyasət
30 апреля 2026 70 просмотров
Zelenski Putinlə dialoqa hazırdır | Ekspertlər potensial görüşlə bağlı fikirlərini bölüşdü - Baku TV

Zelenski Putinlə dialoqa hazırdır | Ekspertlər potensial görüşlə bağlı fikirlərini bölüşdü - Baku TV

Siyasət
29 апреля 2026 70 просмотров
Qarsda Türkiyə-Ermənistan görüşü: ABŞ Zəngəzur dəhlizində irəliləyişi elan etdi? - AKTUAL GÜNDƏM

Qarsda Türkiyə-Ermənistan görüşü: ABŞ Zəngəzur dəhlizində irəliləyişi elan etdi? - AKTUAL GÜNDƏM

Siyasət
29 апреля 2026 70 просмотров
Tədbirin sonunda “Şuşa Bəyannaməsi” qəbul olunub

Tədbirin sonunda “Şuşa Bəyannaməsi” qəbul olunub

Siyasət
29 апреля 2026 70 просмотров
İran satılmayan neft həcmindən əziyyət çəkir: Moskva İrana iqtisadi dəstək verəcək? - AKTUAL GÜNDƏM

İran satılmayan neft həcmindən əziyyət çəkir: Moskva İrana iqtisadi dəstək verəcək? - AKTUAL GÜNDƏM

Siyasət
29 апреля 2026 70 просмотров
Выбранные
icon