Siyasət
Выбрать плеер:

QAİ bəyanat yaydı | Qərbi Azərbaycan mövzusunun beynəlxalq müstəvidə önəmi

09 января 2025 25 просмотров

“Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb”.

Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir:

“Eyni şəkildə, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından effektiv addım olub. Bu sənədlərin yayılması sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir”.

Xatırladaq ki, sözügedən sənədlərin yayılması ilə İcmanın təşəbbüsü ilə BMT-nin rəsmi sənədləri kimi yayımlanmış sənədlərin sayı 10-a çatıb.

Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsini beynəlxalq qurumların gündəliyinə təqdim etməkdə davam edəcək. İcma bir daha Ermənistan hökumətini sələflərinin başlatdığı irqi ayrı-seçkilik siyasətindən əl çəkməyə, beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırır.

Скопировано
Beynəlxalq hüquq azərbaycanlıların qayıdışı haqqında nə deyir? | BAKU ANALİTİK

Beynəlxalq hüquq azərbaycanlıların qayıdışı haqqında nə deyir? | BAKU ANALİTİK

Siyasət
09 января 2025 25 просмотров
Paşinyan son bir ildə bu məsələni Əliyevlə bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib

Paşinyan son bir ildə bu məsələni Əliyevlə bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib

Siyasət
09 января 2025 25 просмотров
Bakı hərəkətə keçdi | QAİ-nin nümayəndələri Paşinyana nə təklif edəcək?

Bakı hərəkətə keçdi | QAİ-nin nümayəndələri Paşinyana nə təklif edəcək?

Siyasət
09 января 2025 25 просмотров
İlham Əliyev və Aİ Şurasının Prezidenti arasında önəmli müzakirə

İlham Əliyev və Aİ Şurasının Prezidenti arasında önəmli müzakirə

Siyasət
09 января 2025 25 просмотров
Azərbaycandan Paşinyana cavab | Ayxan Hacızadə paylaşım etdi

Azərbaycandan Paşinyana cavab | Ayxan Hacızadə paylaşım etdi

Siyasət
09 января 2025 25 просмотров
Prezidentin İrana mesajı ünvanına çatdı | Əhmədianın Bakı səfərinin pərdəarxası

Prezidentin İrana mesajı ünvanına çatdı | Əhmədianın Bakı səfərinin pərdəarxası

Siyasət
09 января 2025 25 просмотров
Azərbaycana qarşı çıxan şəxs kimin adamıdır? - Qalmaqallı detallar

Azərbaycana qarşı çıxan şəxs kimin adamıdır? - Qalmaqallı detallar

Siyasət
09 января 2025 25 просмотров
Saxlanılan gəmilər Azərbaycana aid deyil? - Oradakı vətəndaşlarımız isə...

Saxlanılan gəmilər Azərbaycana aid deyil? - Oradakı vətəndaşlarımız isə...

Siyasət
09 января 2025 25 просмотров
İran bu dəhlizdən ikiəlli yapışıb, çünki... | Elçin Alıoğlu "Araz dəhlizi"nin önəmindən danışdı

İran bu dəhlizdən ikiəlli yapışıb, çünki... | Elçin Alıoğlu "Araz dəhlizi"nin önəmindən danışdı

Siyasət
09 января 2025 25 просмотров
İrəvandan Bakının səbrini daşıran həmlə | Onlara imkan verməyəcəyik ki…

İrəvandan Bakının səbrini daşıran həmlə | Onlara imkan verməyəcəyik ki…

Siyasət
09 января 2025 25 просмотров
Выбранные
icon