Выбрать плеер:
"Azərbaycan bu problemi olmayan nadir ölkələrin sırasında birincidir" | Prezident - Baku TV
“Azərbaycan regionda elektrik enerjisi ilə bağlı problemi olmayan nadir ölkələrdən biridir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı regionda enerji böhranının dərinləşə biləcəyini vurğulayaraq Azərbaycanın enerji təhlükəsizliyində xüsusi rol oynadığını bildirib:
“Bölgəmizdə gedən müharibələr, artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər faktorlar gələcəkdə yeni xoşagəlməz hadisələrin baş verməsini istisna etmir. Ona görə Azərbaycanın xüsusi rolu danılmazdır və biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın”.
Скопировано
