Выбрать плеер:

"Müqəddəs icma" inşası və ya tanrılığa iddia | Ermənilər nəyin axtarışındadır? - QARABAĞ XRONİKASI

17 апреля 2025 570 просмотров

“Qarabağ xronikası” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda Xankəndinin ən hündür nöqtəsi – Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində inşa olunan nəhəng kompleksdəki erməni mifologiyasına söykənən simvollardan bəhs edib.

Bildirilib ki, qondarma erməni mifologiyasında Həyat Ağacı adlanan simvol mövcuddur:

“Həyat Ağacı yaranış konsepsiyasına eyham vuran fundamental simvoldur. Erməni toplumunun inancına görə, bu ağac yaşadığımız, yeraltı və ilahi dünyanı ifadə edir, birləşdirir. Bu miflərə əsasən, ağacın kökləri yeraltı səltənətə gedir, budaqlar isə göylərə doğru ucalır.

Erməni təbliğatı daha da irəli gedərək özlərini sadəcə bəşəriyyətin ilk insanları kimi deyil, ümumiyyətlə, yaranışın bünövrəsini qoyan ilahlar kimi təqdim etməyə çalışır”.

Qeyd edilib ki, mağaranın tavanında inşa edilən barelyefin üzərindəki ilk rəsm Böyük Partlayış nəzəriyyəsini əks etdirir:

“Barelyef üzərində təsvir olunan rəsmlərin ardıcıllığı bu şəkildədir: Böyük Partlayış, planetlərin yaranması, Nuh tufanı və Həyat Ağacı. Həmin ardıcıllıq təsadüfi deyil, vahid bir konsepsiya kimi düşünülüb. Eyni zamanda Nuh tufanına qədər baş verənlərin bəşəriyyət üçün əhəmiyyət daşımadığı ideyasını irəli sürür.

Erməni toplumu isə bu universal konsepsiyadan kənara çıxaraq heç bir xalqın etmədiyi iddianı irəli sürür. Onlar bilavasitə qədim mədəniyyət və sivilizasiyaların tək varisi olduqlarını iddia edirlər”.

Jurnalistin sözlərinə görə, erməni mifoloji konsepsiyasının əsas sütunlarından biri olan yaradılış və varislik iddiaları təkcə kosmoqonik təsəvvürlərlə məhdudlaşmır:

“Onlar həm də tarixi hadisələri milli kimliklərinə uyğun şəkildə yenidən formalaşdıraraq bəşəriyyətin mühüm dönəmlərini mifoloji konstruksiyalarında əks etdirirlər”. 

Скопировано
Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 декабря 2025 570 просмотров
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 декабря 2025 570 просмотров
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 декабря 2025 570 просмотров
Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Siyasət
22 декабря 2025 570 просмотров
İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

Siyasət
22 декабря 2025 570 просмотров
Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Siyasət
22 декабря 2025 570 просмотров
“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

Siyasət
22 декабря 2025 570 просмотров
Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Siyasət
22 декабря 2025 570 просмотров
Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Siyasət
22 декабря 2025 570 просмотров
Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Siyasət
22 декабря 2025 570 просмотров
Выбранные
icon