Выбрать плеер:
Rusiya Baş nazirinin müavini Bakıda | Nələr müzakirə edildi?
Oktyabrın 13-də Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında mühüm görüş keçirilib. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub. Ticarət dövriyyəsinin cari ilin 8 ayında 13,5% artaraq 3 milyard 350 milyon dollar olduğu vurğulanıb. Əsas müzakirə mövzularından biri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi olub; 2025-ci ilin 9 ayında bu dəhlizlə daşımaların 8,3% artdığı qeyd edilib. Tərəflər həmçinin investisiya, sənaye, energetika və nəqliyyat-tranzit sahələrindəki birgə layihələrin gedişini və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığını müzakirə ediblər.
Скопировано
