Выбрать плеер:
Şavkat Mirziyoyev qısa müddət ərzində Qarabağda görülən işləri alqışladı - Baku TV
“Bugünkü konfransın Xəzərin incisi olan gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev WUF13-ün Liderlər Sammitində deyib.
“İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Bu fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır”, – deyə o qeyd edib.
Скопировано
