Pleyeri seçin:

4 aylıq oğlumu 3 saatdan sonra Qazaxda tapdım | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

06 sentyabr 2024 451 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Toyumdan 4-5 ay sonra erməni vəhşilikləri başladı" adlı veriliş Pəmbək mahalının Böyük Qarakilisə rayonunun Hallavar kənd sakini Kifayət İbrahimovanın həyat hekayəsinə həsr olunub.

Onun sözlərinə görə, 1986-cı ildə ali təhsil almaq üçün dayısı onu Daşkənd şəhərinə aparıb, qardaşı hərbi xidmətə gedəndən sonra doğma kəndə qayıdıb:

"Hallavara qayıdandan sonra 1987-ci ildə ailə qurmuşam. Toyumdan 4-5 ay sonra erməni faşistlərinin vəhşilikləri başladı. Ondan sonra kəndimizdə bizim millətimizi sıxışdırırdılar, istəyirdilər kənddən bizi çıxarsınlar. Bizim qonşu kəndlərdən basqın edirdilər, öldürürdülər, yandırırdılar. Gecəmiz, gündüzümüz yox idi.

1988-ci il noyabrın 27-dək acılı günlər davam edirdi. Bakıdan bizim üçün xüsusi helikopter ayırdılar. Bizim qonşu kənddən, Arçuddan, Qursalıdan, Saraldan ermənilər əhalini aldadıb qarət edib, soyub, qətlə yetiriblər".

Hallavar sakini deyib ki, Bakıda yaşayan ziyalılarımız kəndə helikopterlə adam göndərmişdilər:

"Noyabrın sonu idi, helikopterlər gəldi, yerə enmədi, qorxurdular ki, ermənilər nişan alar vurarlar. İndi o anları xatırlayıram, həqiqətən çox pis oluram. Körpə balalarımızı, analarımızı, nənələrimizi, xəstələrimizi bağlama kimi helikopterə atırdılar.

Baldızımın qucağından 4 ay yarımlıq oğlum Famili götürüb helikopterə atdılar. Mən isə minə bilmədim. Helikopter qalxdı, mən orada qaldım. Aradan üç saat keçdi, başqa helikopter gəldi. Məni ona mindirdilər və bizi Qazağa gətirib körpələr evində yerləşdirdilər.

Biz yeməkxanadan çıxanda yer tərpəndi. Ermənistanda 9 bal gücündə zəlzələ oldu. Elə bu anda mən bacımla Ağstafaya gəldik. İki-üç gündən sonra yoldaşım, kürəkənimiz, qayınatamın bacısı, baldızlarım maşınımızla gəldilər. Onlar gələndə danışdılar ki, kənd zəlzələdən batdı. Ermənilərin əli öz başlarına qarışdı və biz çıxıb gəldik".

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 451 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 451 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 451 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 451 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 451 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 451 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 451 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 451 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 451 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 451 baxış
Seçilmişlər
icon