Pleyeri seçin:

ABŞ-dən Ermənistana qrant artımının səbəbi | Türkiyə regionda Rusiyanı əvəz edəcək

13 sentyabr 2024 502 baxış

“USAID-in Ermənistana ayırdığı qrantın kəskin artması Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra Qərbin maraqlarına xidmət edən Gürcüstan fondlarının bir hissəsinin Ermənistana köçürülməsi ilə bağlı ola bilər”.

Bu fikirləri politoloq Stepan Danielyan erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, Ermənistana köçən QHT-lərin bundan sonra da Gürcüstandakı proseslərə xidmət göstərəcəyi istisna deyil:

“Maliyyələşdirmənin artması Ermənistanda mövcud geosiyasi transformasiyaların məntiqinə marağın artdığını göstərir. Gürcüstanda qərbyönlü fondlar azalır və Ermənistana köçürülür. Ola bilsin ki, onlardan bəziləri Gürcüstana xidmət edəcək və ümumiyyətlə, bu, kifayət qədər effektiv işləyən Amerika “yumşaq gücünün” növbəti təzahürüdür”.

Onun fikrincə, Amerika qrantlarının artmasının ikinci səbəbi Ermənistanda “beyin mərkəzləri”nin və təhsil proqramlarının olmamasıdır. ABŞ bu boşluğu təbii olaraq öz maraqlarına əsaslanaraq, ideologiyasını və dəyərlərini təbliğ etməklə doldurur.

ABŞ-nin maraqlarına gəlincə, politoloq hesab edir ki, onlar hazırda Zəngəzur ətrafında baş verənlərlə, daha doğrusu Ermənistanın cənubunda geosiyasi proseslərin inkişaf etdiyi kommunikasiyalarla bağlıdır. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və İranın proseslərə müdaxilə imkanlarını məhdudlaşdırmaq üçün Türkiyə, Ermənistan və Azərbaycan üzərindən Orta Asiyaya gedən kommunikasiyaların açılması zəruriliyini dəfələrlə bəyan ediblər, çünki gələcəkdə bu yollar hərbi əhəmiyyət kəsb edə bilər.

Ekspertin fikrincə, Türkiyənin regionda Rusiyanı əvəz etməsi, o cümlədən Rusiya bazarının Türkiyə ilə əvəzlənməsi ABŞ üçün vacibdir. Məsələn, Ermənistan qaz, neft və digər mühüm malları Rusiyadan deyil, Türkiyə və Azərbaycandan Türkiyə kommunikasiyaları vasitəsilə alsın:

“Təbii ki, bunun üçün Ermənistanda müsbət ictimai rəyin formalaşdırılması və seçkilər nəticəsində parlamentdə müvafiq oriyentasiyaya malik fraksiyaların yaradılması çox vacibdir. Qərbin də bu məsələdə zəngin təcrübəsi var”.

Xatırladaq ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana əlavə olaraq 130 milyon dollar ayıracaq və bununla da ümumi qrant məbləği 250 milyon dollara çatdırılacaq.

Banner
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 502 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 502 baxış
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 502 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 502 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 502 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 502 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 502 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 502 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 502 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 502 baxış
Seçilmişlər
icon