ABŞ Prezidentindən Paşinyana çağırış | Bu ilin sonuna kimi…
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.
Bayden məktubda Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb.
Ağ Ev rəhbəri deyib ki, sülh sazişinin qalan hissələrinin yekunlaşdırılması əzmkarlıq, ixtiraçılıq və güzəşt tələb edəcək.
“Lakin siz vətənpərvərliyi siyasətdən üstün tutmaqla cəsarətlə ardıcıl olaraq sülh yolunu seçdiniz. Mən sizi sazişi bu il yekunlaşdırmağa çağırıram”, – deyə məktubda qeyd edilir.
Baydenin sözlərinə görə, ABŞ administrasiyası sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır.
O qeyd edib ki, sülh sazişi Ermənistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə təminat verəcək, erməni xalqının təhlükəsizliyini və sabitliyini təmin edəcək, bütün Cənubi Qafqaz regionunu transformasiya edəcək.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
