AİB zirvəsində yadda qalan an | Məktub oxunarkən Sərkisyan...
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın ovaxtkı prezidenti Serj Sərkisyan Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin məktubu oxunarkən başını aşağı salıb dinləmişdi.
Bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Alxas Qazaryan deyib.
Deputat xatırladıb ki, Azərbaycan liderinin bəyanatını Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayev oxuyub.
“S.Sərkisyanın N.Nazarbayevin İlham Əliyevin məktubunu oxuyarkən başını aşağı əyərək reaksiya vermədən dinləməsi hekayəsi... Mənəvi-əxlaqi cəhətdən təslim olanda belə olur: başını aşağı salıb dinləyirsən və cəmi iki gün sonra partiya gəncləri ilə görüşdə verilən sualları ötəri cavablarla yola verirsən. İndi bu şəxs bu gün kapitulyasiyadan – Baş nazir Nikol Paşinyanın təslim olmasından danışır”, – A.Qazaryan sosial media hesabında yazıb.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
