Pleyeri seçin:

Araiki gözləyən cəza: Azərbaycanı qorxutmaq istəyənlərin sonu çatdı

05 oktyabr 2023 118 baxış

“Araik Arutyunyan Azərbaycanda təkcə Qarabağın erməni separatçılarına rəhbərlik etmiş şəxs kimi deyil, həm də hərbi cinayətkar kimi özünü təsdiqləyib. Törətdiyi bütün cinayətlər hesaba vurulacağından həbs olunacağı gün uzaqda deyil”.

Bu sözləri rusiyalı politoloq Sergey Markov Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə rəhbərlik edən Araik Arutyunyanın saxlanılaraq Bakıya gətirilib cinayət məsuliyyətinə cəlb edilməsini Baku TV-yə şərh edərkən bildirib.

Politoloq əlavə edib ki, qondarma rejimin keçmiş “prezident”i bilməli idi ki, Azərbaycana, dinc sakinlərə qarşı törətdiyi hərbi cinayətlərə görə gec və ya tez cavab verməlidir:

“A.Arutyunyan xüsusilə dinc sakinlərin, Gəncə şəhərinin atəşə tutulmasına görə cavab verməlidir. O bunu etməklə nəinki azərbaycanlıları qorxutmaq istəyirdi, həm də Azərbaycanı təxribatlara sürükləyirdi ki, cavab atəşi olaraq Azərbaycan da Ermənistanın şəhərlərinə raket zərbələri endirsin. Törətdikləri hərbi cinayətlərdən sonra A.Arutyunyan və digər radikallar istəyirdilər ki, KTMT-yə daxil olan ölkələr və xüsusən də Rusiya Ermənistanın tərəfində çıxış etsin. Lakin Azərbaycan xalqı və rəhbərliyi gücünü nümayiş etdirərək bu təxribatlara uymadı. Separatçılar isə anladılar ki, törətdikləri cinayətlərdən sonra Rusiya onların arxasında durmayacaq. Bu məqamda KTMT ölkələrinin rəhbərliyi də Ermənistana açıq siqnal verdi ki, Azərbaycanın dinc şəhərlərində hərbi cinayətlər törətməkdən əl çəksin. Bundan başqa, KTMT ölkələri 2-ci Qarabağ müharibəsində Ermənistanın tərəfində döyüşməyəcəklərini açıqladılar. Araik Arutyunyanın məsuliyyətini üzərinə götürdüyü Gəncə terroru nəticəsində 20-dən çox dinc sakin ölüb, 100-dən çox insan yaralanıb. Hərbi cinayətlərdə ittiham olunan digər erməni hərbi cinayətkarlarla yanaşı, Araikin də törətdiyi cinayətlərə görə cavab verməsi üçün Azərbaycan rəhbərliyi əlindən gələni edəcək və heç kəsin buna şübhəsi yoxdur”.

Qeyd edək ki, Araik Arutyunyan oktyabrın 3-ü Xankəndidə saxlanılıb. Onunla yanaşı, Qarabağdakı qondarma rejimin keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan, qondarma rejimin keçmiş “parlament sədri” David İşxanyan da saxlanılaraq paytaxt Bakıya gətirilib. Bundan başqa, separatçıların “dövlət naziri” Ruben Vardanyan və qondarma rejimin hərbi birləşmələrinin keçmiş “komandanı” Levon Mnatsakanyan Qarabağdan qaçarkən həbs ediliblər. Onlar törətdikləri hərbi cinayətlərə görə mühakimə olunacaqlar.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 118 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 118 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 118 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 118 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 118 baxış
Seçilmişlər
icon