Pleyeri seçin:

Araikin istefası və separatçıların başsız qalması nədən xəbər verir?

01 sentyabr 2023 270 baxış

Azərbaycanın son günlər Qarabağdakı proseslərə nəzarəti artırması, sülhməramlıların komandanlığındakı dəyişiklik və bütün bunların fonunda qondarma rejimin rəhbəri Araik Arutyunyanın dinc əhalinin ona qarşı inamının azalması, həmçinin Azərbaycanla təmaslarda onun bioqrafiyasının yaratdığı problemi əsas gətirərək istefa verməsi separatçıların məğlubiyyətlə barışdıqlarını, dolayısı ilə qondarma rejimdən imtina etdiyini bir daha sübuta yetirir. Çünki çıxılmaz vəziyyət başsız qalan qanunsuz silahlı birləşmələri dalana dirəyib, son nəfəsləri tükənmək üzrədir.

Bəs belə olan halda proseslərin gedişatı nə vəd edir?

Politoloq Tofiq Abbasov bildirib ki, Araik Arutyunyanın istefası onun daxili aləminin, fəryadının bir təzahürüdür. Yəni o bilir ki, komediya qurtarır: “Rusiya da gözəl başa düşür ki, onun da artıq Qarabağda hərbi kontingent saxlamağa nə resursu var, nə də imkanları və eləcə də o kontingent Rusiya üçün Ukrayna istiqamətində çox vacibdir. Bütün bu proseslər 2025-ci ilə qədər, bəlkə də, bir qədər tez həllini tapacaq. Çünki Qarabağdakı muxtariyyət istəyən separatçılar artıq bilirlər ki, oyun bitmək üzrədir və onlar çıxılmaz vəziyyətdədirlər”.

Görünən odur ki, artıq qondarma rejim ətrafındakı böhran özünün kritik mərhələsinə qədəm qoyub. Xankəndidə qarşıdurmaların intensivləşməsi, yerli əhalinin quldur rejimdən cana doyması, Ermənistanın havadarlarının təzyiqlərinə baxmayaraq, Azərbaycanın qəti addımlarla irəliləməsi və bunun fonunda Araikin istefası bu böhranın dərinləşdiyini deməyə əsas verir. Bu isə həm də gələcək perspektivdə separatçıların daxilində xaosun artacağını, dinc əhalinin isə girovluqdan azad olmaq üçün yeni qarşıdurmalara təkan verəcəyini göstərir.

Qarabağdakı ermənilərin yeganə çıxış yolu sələflərinin mənfur siyasətindən əl çəkmək, reinteqrasiya prosesinə töhfə vermək və bu torpaqların əsl sahibini tanımaqdır. Çünki Azərbaycanın hərbi-siyasi qüdrəti erməni faşizminə məğlubiyyətin dadını hər keçən gün daha çox hiss etdirir. Qarşı tərəfin qeyri-adekvat addımları isə alovun üzərinə yanacaq tökməkdən başqa bir şey deyil.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 270 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 270 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 270 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 270 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 270 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 270 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 270 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 270 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 270 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 270 baxış
Seçilmişlər
icon