Avropalı şərhçilər Fransa-Ermənistan münasibətindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Qarabağdakı antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etməsindən sonra, qarşılıqlı ərazi bütövlüyünün tanınmasına baxmayaraq, Ermənistanın sülh danışıqlarından yayınması beynəlxalq ekspertlərin də diqqətini çəkib.
Slovakiyadan olan siyasi şərhçi Yozef Hrabinanın sözlərinə görə, Ermənistan dialoqdan nə qədər yayınsa da, iki ölkə arasında sülhün imzalanması an məsələsidir, çünki İrəvanın Bakı qarşısında beynəlxalq öhdəlikləri var.
“Ermənistan danışıqları təxirə salmağa və gecikdirməyə çalışır, çünki uduzan tərəfdir və danışıqları ləngitmə onların strategiyasıdır. Onlar özləri üçün zərəri azaltmağa kömək edəcək bir strategiya hazırlamağa çalışırlar. Biz görürük ki, Fransa Ermənistanı aktiv şəkildə birtərəfli dəstəkləyir. Onlara kömək etməyə çalışırlar. Bu ittifaq və ya tərəfdaşlıq guya Ermənistanın yeni təhlükəsizlik qarantı rolu olmasına yönəlib.
Fransa son bir neçə ildə Ermənistanla beynəlxalq ticarətin, xüsusən də hərbi-sənaye kompleksi üzrə daşınmaların həcmini artırıb. Fransalı siyasətçilər də Qarabağdakı son hadisələr zamanı Ermənistanı aktiv şəkildə dəstəkləyirdilər. Amma mən bu kimi addımların hansısa şəkildə nəticələrə müsbət təsir edəcəyini düşünmürəm. Bölgədə stabilliyi bərpa etmək və irəli baxmaq üçün Ermənistan sülh müqaviləsini nə qədər tez imzalasa, bir o qədər yaxşı olar”, – deyə o bildirib.
Qeyd edək ki, digər xarici məsələlərdə də Fransanın sərgilədiyi qeyri-obyektiv mövqe getdikcə Avropada da sərt qınağa səbəb olur.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
