Pleyeri seçin:

Azərbaycan istədiyini alacaq | Erməni politoloq Paşinyanı yıxıb sürüdü

17 noyabr 2023 308 baxış

“İrəvan hakimiyyətinin yeritdiyi siyasət Ermənistanı təhlükə altında qoyur. Bu siyasi xətti onların siyasi savadsızlığı müəyyən edir. İrəvan hakimiyyətinin addımlarının Ermənistan üçün tam fəlakətə gətirib çıxaracağı faktdır. Bunu başa düşmək üçün ağıllı olmaq lazım deyil. Bu adamların siyasi hiylələri Ermənistanı bölgədə tək qoyub və hazırda onun regionda müttəfiqi yoxdur”.

Bunu erməni politoloq Argişti Kiviryan deyib.

“Bakının siyasətinə gəlincə, o, Qərb platformalarında istədiyini aldı – Qarabağ məsələsini bağladı. Azərbaycan və Qərb sıx tellərlə bağlıdır. Məhz bunun əsasında Bakı bilir ki, hazırda bəyanatları Qərbdə həzm olunacaq.

Bakı öz yeni gündəmini Qərbə diktə etmək istəyir. Buna nail olsa, o zaman Azərbaycan hakimiyyəti Qərbə gedəcək və maraqlandıqlarını alacaq. Biz gördük ki, Bakı son illər böyük uğurlar qazanıb. Üç il ərzində müxtəlif siyasi manevrlər nəticəsində Azərbaycan Qarabağ məsələsini bağlaya bildi.

Bundan sonra İranla gərginlik yarandı və son aylarda bu problemi də həll etməyə çalışır. Azərbaycan Qərbə N.Paşinyan kimi məcbur deyil, öz gündəmi ilə getmək istəyir. N.Paşinyan nə edir? Ora-bura gedir, müəyyən qərarlar vermək məcburiyyətində qalır, hər şeylə razılaşır, sonra parlamentə gəlib qəhrəman obrazını sırımağa başlayır.

İrəvandan fərqli olaraq, Bakının dəqiq siyasəti var və Azərbaycan peşəkar, bir-birini tamamlayan siyasət həyata keçirir. Əgər Bakı bu və ya digər platformalarda görünürsə, qarşıya qoyulan vəzifələri həll etmək iqtidarındadır.

Bakı öz siyasəti nəticəsində Qərbdən nəsə əldə etsə, həmin Qərb N.Paşinyanın qulağından tutub Brüsselə gətirib Azərbaycanın istədiyinə imza atmağa məcbur edəcək. Çünki İran və Rusiya ilə münasibətləri korlayan N.Paşinyanın başqa yolu qalmayacaq”, – A.Kiviryan bildirib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 308 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 308 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 308 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 308 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 308 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 308 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 308 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 308 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 308 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 308 baxış
Seçilmişlər
icon