Azərbaycan tarixinə düşmən kəsilən Fransa
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Lion və Ermənistan paytaxtı İrəvan şəhər meriyaları arasında müqavilə imzalanıb.
Müqavilə həmin şəhərlərin rekonstruksiyası ilə bağlı yeni layihə hazırlanmasını nəzərdə tutur. Bununla həm də İrəvanda olan-qalan tarixi izlərimizin rekonstruksiya adı altında məhv ediləcəyi sirr deyil.
Tarixçi, tədqiqatçı alim Səbuhi Hüseynovun araşdırmasına görə, bu layihə ilə Təpəbaşı məhəlləsinin yer üzündən silinməsi təhlükəsi daha da artıb. Əgər bu, baş verərsə, İrəvan şəhərinin çoxəsrlik unikal tarixi şəhər nüvəsini də birdəfəlik itirmiş olacağıq.
Məsələnin digər tərəfi isə Fransanın adı ilə bağlıdır. Çünki sözügedən fəaliyyət məhz bu ölkənin dəstəyi ilə həyata keçiriləcək. Görünür, rəsmi Paris Azərbaycan əleyhinə Ermənistana hərbi, siyasi, iqtisadi dəstək göstərməklə yanaşı, tariximizin, milli-mədəni irsimizin məhvində, bu torpaqların bir vaxtlar azərbaycanlılara aid olmasını sübut edən izlərin silinməsində də yardım edir, bu istiqamətdə destruktiv fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bir çox tarixi faktlar Təpəbaşı məhəlləsinin İrəvanın əsasını təşkil etdiyini və Azərbaycan tarixi ilə əlaqədar olduğunu dəfələrlə sübut edib. Aydındır ki, Ermənistan bununla tariximizi saxtalaşdırmaq, azərbaycanlıların isə doğma yurd-yuvalarına qaytımasına əngəl törətmək istəyir. Bunu isə bilavasitə havadarlarının dəstəyi ilə edir. Bu isə bölgədə kövrək sülhün ilkin addımlarına ciddi zərbə vurur.
#Fransa teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
