Pleyeri seçin:

Azərbaycan və 3 ölkənin Fələstin barədə mövqeyi | Problemin həllini kim gecikdirir?

10 iyun 2024 176 baxış

Azərbaycan İslam dünyasında İsrailə ən yaxın ölkələrdən biridir.

Ancaq bu rəsmi Bakının İsrail-Fələstin məsələsindəki mövqeyinə heç bir halda təsir etmir. Bu problemin kökündə dayanan əsas səbəb məhz Fələstin xalqına öz dövlətinin yaradılması üçün imkan tanınmamasıdır.

80 ilə yaxın müddətdə dövlətçilik üçün savaşan bir xalq öz dövlətini onun ərazisini bölən qurumda – BMT-də təsdiq edə bilmir.

Qərb dövlətləri də təşkilatın ədalətsiz idarə edilməsindən istifadə edərək hər dəfə Fələstin dövlətinin tamhüquqlu şəkildə BMT üzvü olması ilə bağlı məsələyə veto qoyur. Onlar bunu belə əsaslandırırlar ki, Fələstin dövlətinin qurulması üçün hələ ki zəmin yoxdur.

Təbii ki, burada İsrail amili ön plana çıxır. Fələstin-İsrail münaqişəsi ilə bağlı bölgədə Misir, Türkiyə və Qətərin daxil olduğu üçlü formatın məsələ ilə bağlı mühüm təklifləri var.

Ankara, Qahirə və Doha münaqişənin dərhal dayandırılması və məsələnin sülh yolu birdəfəlik həlli üçün təkliflərini təqdim edirlər ki, Azərbaycanın hazırda sərgilədiyi mövqe də onlarla üst-üstə düşür.

Bu isə onu göstərir ki, Fələstin məsələsində də Azərbaycan qardaş Türkiyə ilə eyni fikirdədir. Məsələnin həlli üçün ən doğru yol olan ikili dövlət modeli Yaxın Şərqdə əbədi sülhün və əmin-amanlığın bərpası baxımından da önəmlidir.

Əgər Fələstin dövləti yaradılarsa, bu zaman bölgədəki radikal qrupların fəaliyyətinə son qoyulacaq. Eyni zamanda İsraildə öz təhlükəsizliyini təmin etmiş olacaq.

Təəssüf ki, hər iki tərəfdə mövcud olan radikal qruplar buna mane olmağa çalışırlar. İsraildə mövcud olan sağçı siyasilər "Böyük İsrail" dövlətini qurmaq, Fələstin ərazisində formalaşmış bəzi silahlı qruplar isə İsrailin yer üzündən silinməsi ideyasını təbliğ edirlər. Bu cür mövqe isə hər iki tərəf üçün ziyandır.

BMT-də öz hakimiyyətini qurmuş Qərb dövlətləri isə məsələdə birtərəfli mövqe tutaraq İsraili müdafiə edirlər. Türkiyə dəfələrlə BMT-dəki bu ədalətsiz idarəetmənin dəyişdirilməsini təklif edib, Azərbaycan da bu təklifi hər zaman dəstəkləyib. Dövlət başçısının da ifadə etdiyi kimi, Azərbaycanın mövqeyi dəqiqdir. Bütün problemlərə ədalətli yanaşma olmalıdır ki, məsələ həllini tapsın.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 176 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 176 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 176 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 176 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 176 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 176 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 176 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 176 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 176 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 176 baxış
Seçilmişlər
icon