Pleyeri seçin:
Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında vacib danışıq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda sel və torpaq sürüşməsi nəticəsində baş verən fəlakətlə əlaqədar həmkarı İlya Darçiaşviliyə zəng vurub.
Nazir bu ağır fəlakət zamanı həlak olanların ailələri və yaxınlarına, dost Gürcüstan hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib. Nazir itkin düşən şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib.
Ceyhun Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Nazir İlya Darçiaşvili həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.
Kopyalandı
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycanlı və türkiyəli jurnalistlər bir arada | Prezidentlərin çıxışından öncə son hazırlıqlar
- Azərbaycan XİN Zəfər Gününün 6-cı ildönümü münasibətilə paylaşım etdi - Baku TV
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
