Azərbaycan və Türkiyə prezidentləri "Azərbaycan məhəlləsi"nin açılışında hansı mesajları verdilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev qardaş Türkiyəyə işgüzar səfər edib.
Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycanın dövlət başçısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb. Daha sonra prezidentlər Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək Azərbaycan xalqının bu fəlakəti öz faciəsi kimi qəbul etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, “Azərbaycan” məhəlləsinin inşası təkcə yardım deyil, həm də qardaşlıq rəmzidir.
Kahramanmaraş sakinlərinin sarsıdıcı zəlzələyə baxmayaraq, əyilmədiyini vurğulayan Prezident İlham Əliyev onların arxasında güclü lider – Rəcəb Tayyib Ərdoğanın və güclü Türkiyənin dayandığını bildirib.
Prezident çıxışında Qarabağ savaşının ilk saatlarından Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi xatırladıb, Şuşa Bəyannaməsi ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan da çıxış edərək Türkiyə-Azərbaycan birliyini “qürur tablosu” adlandırıb.
Türkiyə Prezidenti bildirib ki, qardaş ölkənin yardımı ilə 2778 ev, mağaza və ofisdən ibarət yaşayış sahəsinin yarısı artıq tamamlanıb, qalan hissə ilin sonuna qədər istifadəyə veriləcək.
R.T.Ərdoğan çıxışında Qarabağda aparılan bərpa-tikinti işlərini də yüksək qiymətləndirib.
Tədbirin sonunda prezidentlər “Azərbaycan” məhəlləsində tikilən evlərin açarlarını sahiblərinə təqdim ediblər.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
