Siyasət
Pleyeri seçin:

Azərbaycan XİN-dən Paşinyana sərt reaksiya

23 fevral 2024 16 baxış

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Almaniya Kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilən sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi Almaniyanın səylərinə rəsmi İrəvan tərəfindən hörmətsizlik olmaqla, Paris tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın Ermənistana qarşı guya hücuma hazırlaşması, rəsmi Bakının beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır:

“Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, “Qərbi Azərbaycan İcması” üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır”.

Nazirliyin məlumatına görə, suverenlik və ərazi bütövlüyünün tanınmasına, iki ölkə arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata Bəyannaməsinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən Baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub.

Qeyd olunub ki, Ermənistandan fərqli olaraq 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan qarşı tərəfə 5 baza prinsipi əsasında sülh təklif edib:

“Rəsmi İrəvan isə bu prinsipləri pozmaqda davam edir. Nazirliyin bəyanatında o da vurğulanıb ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Nikol Paşinyan hökumətinin iki ölkənin sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir”.

Qeyd edək ki, N.Paşinyan fevralın 22-də “France 24”ə müsahibəsində Azərbaycana qarşı iddialarla çıxış edib və sülhün təmin olunmamasına görə rəsmi Bakını ittiham edib.

Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Siyasət
14 yanvar 2025 16 baxış
KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

Siyasət
14 yanvar 2025 16 baxış
Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Siyasət
14 yanvar 2025 16 baxış
Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Siyasət
14 yanvar 2025 16 baxış
Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Siyasət
14 yanvar 2025 16 baxış
Lukaşenko Azərbaycana yeni təyin olunan səfirə təlimatlar verdi | Detallar açıqlandı

Lukaşenko Azərbaycana yeni təyin olunan səfirə təlimatlar verdi | Detallar açıqlandı

Siyasət
14 yanvar 2025 16 baxış
Lavrov Azərbaycan və Ermənistan arasında razılaşdırılmayan 2 məsələdən danışdı

Lavrov Azərbaycan və Ermənistan arasında razılaşdırılmayan 2 məsələdən danışdı

Siyasət
14 yanvar 2025 16 baxış
İlham Əliyevin Paşinyandan tələbləri nələrdir? | Xaçatryandan sensasiyalı açıqlama

İlham Əliyevin Paşinyandan tələbləri nələrdir? | Xaçatryandan sensasiyalı açıqlama

Siyasət
14 yanvar 2025 16 baxış
Lavrov AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"sundan danışdı

Lavrov AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"sundan danışdı

Siyasət
14 yanvar 2025 16 baxış
Belarus Azərbaycana yeni səfir təyin etdi

Belarus Azərbaycana yeni səfir təyin etdi

Siyasət
14 yanvar 2025 16 baxış
Seçilmişlər
icon