Pleyeri seçin:

Azərbaycan XİN müavinindən Haaqa Məhkəməsində mühüm çıxış

15 aprel 2024 571 baxış

Ermənistan mövcud mübahisələri həll etmək üçün Azərbaycanla danışıqlara getmədi və məhdud səviyyədə həyata keçirilən müzakirələri davam etdirə bilmədi.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi üzrə, Ermənistanın Azərbaycana qarşı iddiasına Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlarla bağlı keçirilən ictimai dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın üçüncü şikayətində münaqişələr zamanı erməni əsgərlərə, hərbi qulluqçulara və mülki şəxslərə qarşı pis rəftar, ermənilərin özbaşına saxlanması və yoxa çıxması ilə bağlı əsassız iddialar yer alıb:

“Bu cür məsələlər İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya çərçivəsində məhkəmənin yurisdiksiyasına aid deyil. Bu, Azərbaycanın əsaslı etirazıdır.

Ermənistanın üçüncü şikayətinin bütün hissələri prosessual baxımdan qüsurludur. Ermənistan məhkəmə qarşısında bu proseslərə başlamaq və bu proseslərin təsirindən istifadə edərək Azərbaycana qarşı ictimai media kampaniyası aparmaq niyyətində idi”.

Nazir müavini bildirib ki, Azərbaycan beynəlxalq humanitar hüququn və digər beynəlxalq insan hüquqları normalarının iddia edilən pozuntularını heç bir şəkildə qəbul etmir.

"Ermənistandan fərqli olaraq Azərbaycan öz vətəndaşlarını müvafiq cinayətlərdə mühakimə etməkdən çəkinməyib. İkinci Qarabağ müharibəsi və ondan sonra ələ keçirilən erməni hərbi qulluqçuları və digər məhbusların əksəriyyəti Ermənistana qaytarılıb. Qaytarılmayanlar isə ağır cinayətlərə görə məhkum ediliblər, ya da hazırda hərbi cinayətlər, terrorizm və ya separatizmə görə mühakimə olunurlar", – deyə nazir müavini qeyd edib.

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 571 baxış
Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Siyasət
25 sentyabr 2026 571 baxış
2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

Siyasət
25 sentyabr 2026 571 baxış
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - Baku TV

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - Baku TV

Siyasət
24 sentyabr 2026 571 baxış
Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası

Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası

Siyasət
24 sentyabr 2026 571 baxış
"Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM

"Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM

Siyasət
24 sentyabr 2026 571 baxış
NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV

NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV

Siyasət
24 sentyabr 2026 571 baxış
Ərdoğan-Paşinyan görüşündə Azərbaycan məsələsi gündəmdə olub? - Baku TV

Ərdoğan-Paşinyan görüşündə Azərbaycan məsələsi gündəmdə olub? - Baku TV

Siyasət
24 sentyabr 2026 571 baxış
Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 571 baxış
İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 571 baxış
Seçilmişlər
icon