Pleyeri seçin:

Azərbaycan XİN Qızıl Xaç Komitəsinə cavab verdi

25 iyul 2023 210 baxış

Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar mandatına riayət olunması və ondan siyasi məqsədlər üçün sui-istifadə edilməməsi vacibdir.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Qızıl Xaç Komitəsinin bölgədə humanitar vəziyyət ilə bağlı iyulun 25-də səsləndirdiyi bəyanatına dair şərhində qeyd olunub.

Bildirilib ki, 2023-cü ilin iyunun 15-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, iyulda isə erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti qeyri-qanuni fəaliyyət, eləcə də sərhəd-keçid məntəqəsinin fəaliyyətinə maneçilik kimi qiymətləndirilib və rəsmi Bakı bu kimi pozucu tədbirlərə son qoyulmasını tələb edib. Ermənistanın apardığı qeyri-qanuni fəaliyyət cəhdlərinin qarşısını almaqla yanaşı, Azərbaycan tərəfi BQXK ilə vacib əməkdaşlığı davam etdirib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan tərəfinin komitə ilə apardığı müzakirələrdən sonra zəruri qaydalara riayət etməklə komitə vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə şərait yaradılıb və gün ərzində onlarla erməni sakin hər iki istiqamətdə sərhəd məntəqəsindən keçib.

“Daha böyük miqdarda dərman preparatları və yüklərin daşınması və tədarükü üçün Azərbaycan “Ağdam-Xankəndi” yolundan istifadə etməklə yardım təklif edib. Amma buna rəğmən, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edir”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Bununla yanaşı, erməni sakinlərin tibbi məqsədlər üçün “Laçın” sərhəd-buraxılış məntəqəsindən BQXK vasitəsilə keçidinin daha da asanlaşdırılması məqsədilə komitənin həkiminin əraziyə getməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, yerində bundan imtina olunması da təəssüf doğurur. Erməni tərəfinin Azərbaycanın atdığı addımlara və dəstək niyyətinə, o cümlədən BQXK-nin sözügedən bəyanatda da qeyd etdiyi kimi, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təkliflərinə qarşı çıxması bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiya və təzyiq vasitəsi olduğunu bir daha sübut edir.

Banner
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 210 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 210 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 210 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 210 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 210 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 210 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 210 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 210 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 210 baxış
Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Siyasət
27 oktyabr 2026 210 baxış
Seçilmişlər
icon