Azərbaycana qarşı "COP29" planı: Bakıya hücumlar haradan edilir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Qondarma “siyasi məhbus” iddiası Bakıda həbsdə olan separatçılara görədir” adlı süjetdə rəsmi Bakının qlobal iqlim problemlərinin müzakirə edildiyi COP29 tədbirinə hazırlaşdığı vaxt Azərbaycana qarşı beynəlxalq müstəvidə qarayaxma kampaniyasının intensivləşməsindən bəhs olunub.
Bildirilib ki, Azərbaycanda qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi vaxt bəlli qüvvələr bunu siyasiləşdirərək antikampaniya xarakterli hücumlar edir:
“Bu, 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən Avropa Oyunları, eləcə də digər tədbirlər zamanı da olub. Eyni taktika yenidən işə salınıb. COP29-un mahiyyəti iqlim problemləri olsa da, bir sıra Avropa strukturlarında Azərbaycanla bağlı siyasi müzakirələr aparılır və bütün məsələləri məhz iqlim tədbirinə calamağa çalışırlar.
Məqsəd Azərbaycana köklənmiş beynəlxalq diqqətdən istifadə edərək rəsmi Bakıya təzyiq etmək və öz planlarını həyata keçirməkdir. Bu qüvvələr anti-Azərbaycan qüvvələri, eləcə də erməni diasporu və lobbisidir”.
Qeyd olunub ki, Azərbaycana qarşı uydurma iddialar konkret hədəflərə hesablanıb:
“Qondarma “siyasi məhbus” iddiası Bakıda həbsdə olan separatçılara görədir. Görünür, beynəlxalq səviyyədə Azərbaycana qarşı aparılan antikampaniya ilə rəsmi Bakını İrəvan qarşısında təslim olmağa məcbur etməyi planlaşdırırlar. Bu baxımdan COP29 tədbiri zamanı, hətta tədbirdən sonra da Azərbaycana qarşı siyasi və informasiya müstəvisində təxribat hücumlarının davam edəcəyi gözləniləndir”.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
