Pleyeri seçin:
Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndərilir - Baku TV
Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndərilir.
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Vaqonlar saat 12:00-da Biləcəri stansiyasından yola salınıb.
Qeyd edək ki, aprelin 30-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton “Aİ-92” benzini və 2 955 ton “Aİ-95” benzini ixrac olunub.
Kopyalandı
