Azərbaycanı tənqid edən fransalı nazir Bakıya gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə nazir Fransa Senatında çıxışı zamanı bildirib.
Eyni zamanda rəsmi “Twitter” hesabında da Azərbaycanla bağlı absurd fikirlər bildirən nazir qeyd edib ki, səfər aprel ayında baş tutacaq. Məqsəd isə Laçın yolu ətrafında yaranmış vəziyyətin nizama salınmasının müzakirəsidir.
O iddia edib ki, Fransa ilk gündən Azərbaycanın guya Laçın yolunu bağlamasını pisləyir və bu, Ermənistanla Azərbaycan arasında vəziyyəti gərginləşdirir. Bu fikri çatdırmaq üçün də Bakıya gəlməyi planlaşdıran xanım nazir Fransanın və şəxsən özünün bu münaqişənin sülh yolu ilə həllinə sadiqliyinə diqqət çəkib. Əlavə edib ki, Fransa yalnız danışmır, həm də hərəkət edir.
“Blokada”nın götürülməli və yüklərin maneəsiz keçidinin təmin olunmasından danışan fransalı nazir nədənsə unudub ki, Azərbaycan Laçın yolunu bağlamayıb. Yol humanitar məqsədlərlə istifadə olunan avtomobil keçidi üçün tam açıqdır. Bunu gün ərzində sözügedən yoldan onlarla humanitar yardım avtomobillərinin hər iki tərəfə maneəsiz keçidi də sübut edir.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
