Bakı yanacağı İrəvana pulsuz daşınılacaq | "Sülh əməkdaşlıq və dostluqdan asılıdır" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə daşınmasını pulsuz həyata keçirəcək.
Bununla bağlı qonşu ölkənin Baş naziri İrakli Kobaxidze qərar qəbul edib.
Hökumət rəhbərinin qərarına əsasən, "Gürcüstan Dəmir Yolları" SC Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə Ermənistana yanacağın birdəfəlik dəmir yolu tranzitini tamamilə pulsuz həyata keçirəcək.
Məsələ ilə bağlı Baku TV-yə müsahibə verən gürcü politoloqlar da bölgədə qarşılıqlı əməkdaşlığın vacibliyindən danışıblar. Bölgədə sülhün məhz dostluq münasibətlərindən asılı olduğunu bildiriblər.
“Gürcüstandan keçməklə Azərbaycan yanacağının Ermənistana daşınması olduqca təqdirəlayiq hadisədir. Cənubi Qafqazda sülh məhz ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərindən asılıdır. Bölgəmizdə sabitliyin və inkişafın olması olduqca vacibdir. Bu, hər üç ölkənin inkişafı deməkdir. Bu baxımdan bu cür təşəbbüslərə dəstək olmaq önəmlidir. Gürcüstanın Azərbaycandan Ermənistana yanacağın daşınmasına öz töhfəsini verməsi də bölgədə əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişafına xidmət edir”, – politoloq Badri Naçkebia vurğulayıb.
#Gürcüstan teqi istifadə olunub
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
