Biz buna hazırıq! - Baydenin İlham Əliyevə məktubunda diqqətçəkən məqamlar
Yeniliklərdən dərhal xəbərdar olun
“İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam”.
Bu fikirlər ABŞ Prezidenti Cozef Baydendən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən məktubdandır.
ABŞ lideri əmin edib ki, ölkəsi əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycanla Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.
“Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz”, – deyə Bayden vurğulayıb.
Məktubda qeyd olunub ki, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək.
“Əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”, – deyə ABŞ lideri məktubunda bildirib.
Bayden vurğulayıb ki, bu məsələyə dəstək verməyə sadiqdir.
“Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair sizin mövqeyinizi öyrənəcək. Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız”, – deyə ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda qeyd olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
