Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik | Paşinyan
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik. Hər kəsin beynəlxalq tanınmış sərhədləri var, hər kəs bu beynəlxalq tanınmış sərhədlərində yaşamalı, öz inkişafına baxmalıdır. Biz xəyali, real olmayan sərhədlərdən imtina etməliyik".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Biz xəyali Ermənistandan real Ermənistana keçid etməliyik, yoxsa bu xəyali Ermənistana görə biz real Ermənistanı da itirə bilərik. Buna qədər real Ermənistanı sizə anlatmaq istəyənlər öz canlarından oldular, indi isə real Ermənistan naminə xəyali Ermənistandan vaz keçmək zamanıdır. Bizi yalnız 29,8 min kvadratkilometr ərazimiz maraqlandırır.
Bizim bu ərazilərdən başqa ərazilərə heç bir iddiamız yoxdur. Biz iddia etdiyimiz xəyali Ermənistanla demoqrafik reallıqlar arasında fərqi diqqətlə analiz etməliyik. Azərbaycana 4 kəndin qaytarılması həm də Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin təmin edilməsi istiqamətində atılan güclü addımdır”, – N.Paşinyan vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
