Pleyeri seçin:

Bu, dönüş nöqtəsi olacaq | Rusiya və ABŞ məsələyə qarışır?

03 aprel 2024 234 baxış

“Nikol Paşinyanın atdığı addımlar dəhşətli avantüra və sözün əsl mənasında “intihar” kimi görünür. Amma o, bilərəkdən bu yükü öz üzərinə götürdü”.

Bunu rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev deyib.

“Qərbdən zəmanət alan Paşinyan müəyyən müddətdən sonra Qarabağa görə qisas almağa çalışacaq. Bütövlükdə buna nə Qərbin, nə də onun ehtiyacı var. Çünki Qərb hələ də Ermənistana kifayət qədər silah verməyib. Ermənistan qonşuları ilə barışmaq əvəzinə növbəti avantüraya başlayır. Sülh içində yaşamaq istəmirlər. İrəvanın avantüraları nəticəsində Ermənistan dövlətçiliyi sadəcə olaraq çökə bilər”, – o bildirib.

A.Razuvayevin fikrincə, Rusiya Ermənistanla “uyğunlaşmayacaq”:

“Lakin o, əvvəlki kimi bütövlükdə Cənubi Qafqazla “uyğunlaşacaq”. Çünki tarixən bu region onun üçün strateji idi, Cənubi Qafqaz bu gün Rusiyanın sərhəddidir. Ermənistan KTMT-dən çıxsa, biz bundan da heç nə itirməyəcəyik. Ümumiyyətlə, Rusiya həmişə Ermənistanın mövcudluğunun qarantı olub. Amma indi elə bir məqam yetişib ki, öz milli maraqlarımıza hörmət etmək xüsusilə zəruridir. Ermənistan real olaraq regionda NATO-nun varlığına zəmin yaratsa, Türkiyənin Alyansın üzvü olduğunu unutmamalıdır. Türkiyə isə Bakıya dəstək olacaq.

Eyni zamanda Ankara Moskva ilə konstruktiv münasibətlərə malikdir. Bundan nə nəticə çıxacaq? Paşinyan ABŞ, eləcə də AB ilə koordinasiyada sadəcə olaraq Brüssel və Vaşinqtonun “kasıb”, zərər çəkmiş Ermənistana hərbi, iqtisadi yardım göstərmələrinə dair sənədin imzalanmasına şərait yaradır və bu sənəd Cənubi Qafqazın tarixində dönüş nöqtəsi ola bilər. Əslində bu, Ermənistanın NATO-ya qeyri-rəsmi daxil olmasıdır.

Ermənistanın Baş nazirinin əvvəllər işğal olunmuş səkkiz kənddən dördünün Azərbaycana qaytarılmasını ört-basdır etmək üçün “eskalasiya”dan istifadə etməsi sadəcə olaraq İrəvanın bütün istiqamətlərdə gördüyü işlərdir. Ermənistan hakimiyyəti hər ehtimala qarşı işğal etdiyi kəndlərin Bakıya verilməsini belə formada qurur ki, ölkə daxilindəki insanlar üsyan etməsin”.

Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı kimə qarşı yönələcək? - AKTUAL GÜNDƏM

Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı kimə qarşı yönələcək? - AKTUAL GÜNDƏM

Siyasət
07 avqust 2026 234 baxış
Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV

Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV

Siyasət
07 avqust 2026 234 baxış
Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Siyasət
07 avqust 2026 234 baxış
Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Siyasət
07 avqust 2026 234 baxış
Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Siyasət
07 avqust 2026 234 baxış
Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Siyasət
06 avqust 2026 234 baxış
Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Siyasət
06 avqust 2026 234 baxış
"Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

"Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

Siyasət
06 avqust 2026 234 baxış
Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV

Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV

Siyasət
06 avqust 2026 234 baxış
Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV

Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV

Siyasət
06 avqust 2026 234 baxış
Seçilmişlər
icon