Ceyhun Bayramov Azərbaycan-İsveçrə arasında iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV
“İlkin olaraq iki ölkə arasında bu günlərdə mövcud olan hüquqi-normativ bazasına nəzər salanda mövcud olan 25 sənəd var. Eyni zamanda bir sıra sənədlər hal-hazırda işlənməkdədir və düşünürük ki, yaxın zamanlarda əlavə razılaşmaların şahidi olacağıq”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
“2025-ci il qarşılıqlı ticarət dövriyyəsi baxımından kifayət qədər müsbət olmuşdur. Ümumi ticarət dövriyyəsi 1,8 milyard ABŞ dollarına yaxın bir rəqəm civarında olmuşdur.
Ümumiyyətlə, son 30 illik fəaliyyət dövrünə nəzər salsaq, İsveçrədən Azərbaycana 1,6 milyard, Azərbaycandan İsveçrə iqtisadiyyatına 2,3 milyard ABŞ dolları həcmində investisiyalar edilmişdir. Burada biz kifayət qədər balanslı yanaşmanı müşahidə edirik”, – deyə nazir qeyd edib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
- Ceyhun Bayramov Azərbaycanın bərpaolunan enerji layihələrindən danışıb - Baku TV
- Bakıda TRIPP marşrutunun icrası müzakirə edilib - Baku TV
