David Vanabo: Fransaya görə əhali ölkəni tərk edir
Yeniliklərdən dərhal xəbərdar olun
“Fransa ölkəmizdəki insanları məcburi köçkün vəziyyətinə salıb. Biz öz torpaqlarımızdan planlı şəkildə qovuluruq. Fransaya görə yerli əhali ölkəni tərk edir”.
Bunu Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo deyib.
O bildirib ki, Fransa Kaledoniyanın təbii resurslarını mənimsəyir və yerli əhali bu sərvətlərdən heç bir fayda görmür:
“Fransa özünü insan haqlarını qoruyan ölkə kimi göstərsə də, bu, belə deyil. Bu ölkə insan haqlarını qorumaq üçün heç bir iş görmür. Sadəcə müstəmləkəçilik siyasətini davam etdirir.
Biz Azərbaycanda hər yerdə dövlət bayraqlarının asıldığını gördük. Bu, böyük xoşbəxtlikdir. Bayraq insanın mədəniyyətidir, hər şeyidir. Biz də öz ölkəmizdə belə etmək istəyərdik. Müstəqil dövlət qurmağı arzulayırıq. Bizi dəstəklədiyi üçün Azərbaycana təşəkkürümüzü bildiririk”.
#Yeni Kaledoniya teqi istifadə olunub
- Bakı Təşəbbüs Qrupu Fransanın qəddar siyasətini unutmur, unutdurmur - Baku TV
- Yeni Kaledoniya ilə bağlı 3 sazişin əsas məqsədi ifşa olundu
- Bakı Təşəbbüs Qrupu bəyanat yayıb
- Rusiyadan Yeni Kaledoniyadakı hadisələrlə bağlı Fransaya çağırış
- Beynəlxalq dekolonizasiya cəbhəsi Bujival razılaşmasını qəbul etmədi
