Delimitasiyaya etiraz edib evlərini sökdülər | Hakimiyyət ermənilərə vaxt verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Delimitasiya prosesi çərçivəsində Ermənistanın Tavuş vilayətinin Kirants kəndinin Azərbaycanın nəzarətinə keçən hissəsində yaşayan ermənilər yaşadıqları evləri sökməyə başlayıblar.
Bu barədə Ermənistan mətbuatına kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, delimitasiyadan sonra kənddə iki ev Azərbaycanın nəzarətinə keçib. Ermənistan hakimiyyəti onlara evlərini tərk etmək üçün iyunun 24-nə qədər vaxt verib.
Evini sökənlərdən biri Mqer “mülkümü azərbaycanlıların ixtiyarına vermək istəmirəm”, – deyə etiraf edib. Digər evin sahibi isə yaşayış yerindən çıxmayacağını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl də Kirants kəndinin sakinlərindən biri delimitasiyadan sonra Azərbaycanın nəzarətinə keçən bağındakı tikilini yandırmışdı.
Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
