Pleyeri seçin:

DTX qanunsuz erməni silahlı birləşmələrinin radiomaneələr yaradan qurğularının görüntülərini yaydı

19 oktyabr 2023 318 baxış

Dövlət Təhlükəsizliyi Xidməti qanunsuz erməni silahlı birləşmələrinin radiomaneələr yaradan qurğularının görüntülərini yayıb.

DTX-dən verilən məlumata görə, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilmiş və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilib.

2021-2023-cü illər ərzində belə radiomaneələrin tətbiqinin intensivləşməsi həmin ərazilərin yaxınlığında yerləşən radar stansiyalarına qlobal naviqasiya peyk sistemlərindən siqnalların daxil olmasında fasilələrin yaranması, siqnalların qəbuluna maneələrin törədilməsi, habelə Qarabağ bölgəsi ətrafında uçan mülki hava gəmilərində naviqasiya siqnallarının itməsi ilə müşayiət olunmuş və bununla da mülki təyyarələrin idarə edilməsinin müvəqqəti itirilməsinə və aviasiya qəzalarına səbəb ola biləcək çoxsaylı cinayət faktları qeydə alınıb.

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işinin istintaqı zamanı, lokal xarakterli antiterror tədbirləri nəticəsində tərksilah edilmiş sözügedən silahlı birləşmələrin sərəncamında olmuş digər xüsusi texniki vasitələrlə yanaşı, xaricdə istehsal olunan “Роlе-21M”, həmçinin yük avtomobillərinin bazası üzərində qurulan “Repellent-1” tipli və kustar üsulla quraşdırılmış radioelektron mübarizə kompleksləri də aşkar edilib.

Taktiki-texniki göstəricilərinə əsasən, “Pole-21M” kompleksinin 150 km-dək məsafədə yerləşən obyektlərə “GPS”, “QLONASS”, “Galileo”, “BeiDou” və sair tipli peyk naviqasiyası sistemlərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması üçün istifadə edildiyi müəyyən edilib.

“Repellent-1” kompleksindən havada olan obyektlərin radiorabitə vasitələrinin idarəetmə və məlumat ötürmə kanallarının siqnallarının 35 km-dək məsafədə aşkarlanaraq fəzada yerinin, istiqamətinin, sürətinin təyin edilməklə izlənilməsi, idarəetmə və naviqasiya sistemlərinin işinə radiomaneə yaradılması, eləcə də kustar üsulla quraşdırılmış radioelektron mübarizə komplekslərindən obyektlərə “GPS” və “QLONASS” naviqasiya peyklərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması istiqamətində istifadə olunduğu təsbit olunub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Banner
Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Siyasət
10 oktyabr 2026 318 baxış
Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Siyasət
10 oktyabr 2026 318 baxış
"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

Siyasət
10 oktyabr 2026 318 baxış
Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Siyasət
10 oktyabr 2026 318 baxış
Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Siyasət
10 oktyabr 2026 318 baxış
Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Siyasət
09 oktyabr 2026 318 baxış
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Siyasət
09 oktyabr 2026 318 baxış
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 318 baxış
Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Siyasət
09 oktyabr 2026 318 baxış
Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 318 baxış
Seçilmişlər
icon