Ərdoğan: Zəngəzur dəhlizi Ermənistanla bağlı problem deyil
Yeniliklərdən dərhal xəbərdar olun
“Zəngəzur dəhlizi Ermənistanla bağlı bir problem deyil”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi İranla bağlı bir problemdir: “İranın məsələ ilə bağlı mövqeyi həm Azərbaycanı, həm də bizi narahat edir. Əslində, onları da narahat etməlidir. Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram. Məsələyə müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” açılmış olar”.
Türkiyə Prezidenti həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın özünün andiçmə mərasimində iştirak etməsini şərh edib.
“Paşinyan öz ölkəsində bir çox maneələri aşaraq, dəvətimizi qəbul etdi. Biz o mərasimdə Paşinyanla yalnız ayaqüstü görüşə bildik, dəvətə verdiyi cavaba görə minnətdarlığımı bildirdim. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi Ermənistanla münasibətlərimizin normallaşmasına əhəmiyyətli töhfə verəcək”, – deyə Türkiyə lideri qeyd edib.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyə ilə Azərbaycan Strateji Əməkdaşlıq Şurası və Birgə İqtisadi Komissiya kimi fəaliyyət mexanizmləri vasitəsilə ikitərəfli münasibətlərdə əldə edilmiş sürəti saxlamaq niyyətindədir.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
