Erməni elm xadimindən Azərbaycanla bağlı açıqlama
“Azərbaycan açıq şəkildə genişmiqyaslı hücuma hazırlaşır. Ehtiyatda olan hərbçilərin səfərbər edilməsi, irimiqyaslı döyüş sursatı alınması, istehkamların və cəbhə yollarının çəkilməsi, qoşunların toplanması və irəliləməsi, döyüşçü ritorikası və təbliğatı aparılır”.
Bunu erməni siyasi elmlər doktoru Armen Ayvazyan deyib. Onun sözlərinə görə, qeyd etdikləri Ermənistan və Qarabağ ətrafında mövcud vəziyyətin əsas konturlarıdır.
“Qərb “blokada” ilə bağlı yanlış və dişsiz bəyanatlar verir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şəffaf şəkildə eyham vurur ki, Azərbaycanın Rusiyanın müttəfiqi Ermənistana hücumu onu çox narahat etmir və onun tərəfdən heç bir əks-hücum almayacaq”, – A.Ayvazyan deyib.
Həmçinin bildirib ki, Ermənistanın hazırkı hakimiyyətinin ölkənin müdafiə qabiliyyətinin kəskin şəkildə artırılması istiqamətində nələr etdiyi isə heç də aydın deyil: “Komandirlərin bir qismi həbsdədir (general Yuri Xaçaturov, polkovnik Norayr Aslanyan), İrəvanda və rayonlarda konsertlərlə məşğuldurlar. Bölgələr də, media da hər zamankı kimi işləyir, sanki hər şey normaldır”.
#Ermənistan teqi istifadə olunub
- "İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan
- "Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib" | İlham Əliyev - Baku TV
- "Ermənilərin bütün ümidləri alt-üst oldu" | Azərbaycan toponimləri niyə təhrif olunur? - Baku TV
- ABŞ-də seçki, İranda gərginlik: TRIPP üçün risklər artır - AKTUAL GÜNDƏM
- Məğlubiyyət İrəvanı hərəkətə keçirdi | Çin dronları Ermənistana nə verəcək? - HƏRBİ XRONİKA
