Erməni videobloger: Rusiya Qarabağdakı erməniləri hədələyir
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları oradakı erməni əhalini hədələyərək onların Nikol Paşinyana qarşı çıxmalarını tələb edirlər.
Bu iddia ilə videomüraciətində erməni bloger Roman Baqdasaryan çıxış edib. R.Baqdasaryanın sözlərinə görə, bu barədə məlumatı ona separatçıların "deputat"ı verib:
“Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransından sonra Qarabağdakı Rusiya sülhməramlı kontingenti oradakı erməni deputatlar və hərbçilərlə əlaqə saxlayaraq bildiriblər ki, Paşinyana qarşı informasiya müharibəsinə başlayın və onu satqın adlandırın. Rusiya qətiyyətlə Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına qarşı çıxır və Qarabağdakı rejimin təmsilçilərinin səsləndirdikləri bəyanatlar da Rusiyanın tələbləridir.
Qeyd edim ki, son 28 ayda Rusiya Qarabağdakı generalların beynini yuyur. Deputat isə konkret bildirir ki, Rusiya son iki ayda oradakı erməniləri qorxudur və sülhdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin onları həbs edəcəkləri ilə hədələyirlər. Rusiya Qarabağda bu işlərlə məşğuldur”.
R.Baqdasaryanın sözlərinə görə, Rusiya istəyir ki, Ermənistan onun tərkibinə daxil olsun və bunun üçün yeni müharibəyə ehtiyac var.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
