Ermənilər Qarabağa görə Paşinyanı günahlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında səsləndirdiyi fikirlər revanşist erməniləri sözün əsl mənasında məyus edib.
Rusiya dövlət başçısı münaqişə haqqında danışarkən “Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb, özü Qarabağın statusunu müəyyən edib”, – deyə bu məsələyə münasibətini bildirib.
Çıxışdan az sonra erməni sosial şəbəkələri və “Telegram” kanallarında bununla bağlı kəskin tənqidi fikirlər ifadə edən çoxsaylı yazılar paylaşılıb. Belə ki, erməni seqmentində Vladimir Putinin Qarabağ məsələsinin üzərindən birdəfəlik xətt çəkdiyi, Rusiya üçün bu problemin artıq həll variantının mövcud olmadığı bildirilib. Hətta bəzi postlarda Qarabağ probleminin Azərbaycan və Rusiya üçün həmişəlik bitdiyi də qeyd olunub.
Bir çox sosial şəbəkə istifadəçiləri isə vəziyyətin bu həddə çatmasında birbaşa Nikol Paşinyanı günahlandırıblar. Onların fikrincə, N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla ermənilərin Qarabağın işğalı uğrunda uzun illər apardıqları mübarizəyə xəyanət edib.
Bundan başqa, erməni sosial şəbəkələrində hətta dövlət çevrilişinə çağırış edən çoxsaylı fikirlər də tirajlanıb. Hayların revanşist və xəstə təxəyyülə malik sosial şəbəkə istifadəçiləri isə kədərlə daha ermənilərin heç bir tərəfdaşa ehtiyacı olmadığını, döyüşməkdən başqa bir yolun qalmadığını bildiriblər.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
