Ermənilər Qarabağdan bu məqsədlər üçün istifadə edirmiş
Yeniliklərdən dərhal xəbərdar olun
“30 illik işğal dövründə Azərbaycan əraziləri yalnız işğal edilməyib, bu ərazilərə silah da daşınıb. Bu ərazilərdən silahların transferi üçün istifadə edilib. Azərbaycan bununla bağlı beynəlxalq tərəfdaşlara çağırış etsə də, biz reaksiya görmədik”.
Bunu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
“Azərbaycan Ermənistan tərəfinin Qarabağdakı qanunsuz separatçı qurumu silahla təmin etməsi, bu ərazilərə minaların yerləşdirilməsi ilə bağlı faktlar təqdim edib. İndi də bu minalar mülki insanların həyatını təhdid edir”, – XİN rəsmisi qeyd edib.
Ayxan Hacızadə bildirib ki, 24 saatlıq lokal antiterror tədbirlərinin nəticəsində Azərbaycanın Qarabağ regionuna böyük miqdarda silahların transfer edildiyi aşkar olunub.
“44 günlük müharibədən sonra nə qədər silahlar göndərilib. Bu silahların bir qismi 2021-ci il istehsalıdır. Azərbaycan əraziləri yeni istehsal olunmuş minalarla minalanıb. Azərbaycan ərazisində Ermənistan tərəfindən mülki və hərbi şəxslərə təlimlər keçirilib ki, onlar Azərbaycanın hərbi və mülki infrastrukturunu hədəf alsın”, – o bildirib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
