Ermənistanın növbəti yalanı ifşa edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan beynəlxalq ictimaiyyəti növbəti dəfə çaşdırmaq məqsədilə yalan məlumat yayır.
Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni Laçın-Xankəndi yolunda qurulan sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin buraxılmadığını və yayılan videogörüntülərin guya köhnə olduğunu iddia edib.
“Report” öz növbəsində bu gün, 18 may 2023-cü il tarixdə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus təcili tibbi yardım avtomobilinin keçidini əks etdirən görüntüləri təqdim edir. Videodan göründüyü kimi, erməniəsilli şəxslər sərhəd-buraxılış məntəqəsindən heç bir maneə olmadan istifadə edirlər.
Qeyd edək ki, Qarabağdakı separatçılar üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə aprelin 23-də Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan arasında növbəti mühüm mərhələ - Baku TV CANLI
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
