Hakan Fidandan Azərbaycan və Ermənistan arasındakı razılaşma barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanla Ermənistan arasında əldə olunan bir sıra razılaşmalar, həmçinin Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət mənzərə yaradıb".
Bunu qardaş ölkənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber"ə müsahibəsində bildirib.
Nazir deyib ki, Vaşinqton görüşü və razılaşmalarla bağlı Azərbaycan tərəfi Türkiyə ilə məsləhətləşmələr də aparıb.
Zəngəzur dəhlizi ilə bağlı Türkiyənin mövqeyinin qarşılıqlı etimada əsaslandığını deyən nazir bu mövzuda Azərbaycanla sıx əməkdaşlığın olduğunu qeyd edib.
"Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Nə baş verəcəyi, vəziyyətin necə idarə olunacağı məsələlərini tərəflər öz aralarında müzakirə edəcəklər. Bizim tutduğumuz mövqe etimada əsaslanır. Biz azərbaycanlı qardaş və bacılarımıza güvənirik", ‒ deyə türkiyəli nazir bildirib.
Hakan Fidan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələdə son mövqeyini də təqdir edib. Onun sözlərinə görə, Paşinyanın siyasi riskə getməsi də təqdirəlayiqdir.
#Hakan Fidan teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR
