Pleyeri seçin:

Hansı partiyanın şansı çoxdur? - Qərb Gürcüstanda inqilab hazırlayır?

18 oktyabr 2024 129 baxış

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Seçkilərdə xarici qüvvələr tərəfindən təxribatların törədilməsi istisna edilmir.

Ölkənin hüquq-mühafizə orqanları da bu cür hadisələrin baş verməməsi üçün önləyici tədbirlərə əl atırlar. Hər zaman bölgəni öz təsir dairəsində saxlamağa çalışan Qərb bu dəfə məkrli planlarından əl çəkmir, Gürcüstanı itirməmək üçün hər cür şantaja əl atır.

İqtidarda olan “Gürcü Arzusu” Partiyası ölkəni Qərbin boyunduğundan xilas etmək üçün qəbul etdiyi “Xarici agentlər haqqında” qanundan sonra ABŞ başda olmaqla Qərb ölkələri rəsmi Tbilisiyə düşmən kəsilib. Bu ölkələrin Gürcüstandakı səfirləri müxalifət liderləri ilə çiyin-çiyinə dayanaraq hakimiyyətin dəyişməsi üçün əllərindən gələni edirlər. Bunun üçün müxtəlif inqilab ssenariləri hazırlanır. Səbəb isə budur ki, nə Qərb, nə də müxalifət öz şansına inanmır.

Keçirilən rəy sorğuları iqtidar partiyası və müxalifət arasında kəskin fərqi göstərir. “Gürcü Arzusu” Partiyası isə rəy sorğularında 35-40 faiz civarında səs toplayır. İqtidar partiyasının niyyəti parlamentdəki yerlərin yarısına sahib olmaqdır. Onun ən yaxın rəqibi olan Vahid Milli Hərəkat Partiyası ilə arasında təxminən 10 faizdən çox səs fərqi var.

Rəy sorğuları göstərir ki, “Gürcü Arzusu” hətta 33-35 faiz səslə belə parlamentdə çoxluğu qazana bilər. Çünki “Gürcü Arzusu” və Vahid Milli Hərəkat Partiyalarından başqa heç bir partiyanın 5 faizlik baryeri aşıb parlamentə keçmək şansı görünmür ki, bu da parlamentdə deputatların bu iki partiya arasında bölünəcəyi ehtimalını yaradır. Müxalifətin seçkiyə parçalanmış halda girməsi iqtidarın şansını artırır. Vahid Milli Hərəkat Partiyası müxalifətin vahid birliyini yaratmaq üçün səylər göstərsə də, uğursuzluğa düçar oldu.

Müxalifətin Mixeil Saakaşvilinin partiyası ətrafında birləşə bilməməsinin 2 səbəbi var: birincisi, M.Saakaşvilinin özünün siyasi keçmişidir. Bu partiyaların çoxunun keçmiş prezidentlə münaqişəsi var və buna görə də onun ətrafında birləşmək istəmirlər. İkinci səbəb isə Vahid Milli Hərəkat Partiyasının rəhbərliyinin xarici səfirlərlə tez-tez görüşlər keçirməsi və hazırda Gürcüstanı “sanksiya atəşi”nə tutan Qərbə bəslədiyi rəğbətdir. Qərb Gürcüstana qarşı mənfi yanaşma sərgilədikcə müxalifətin əhali arasında nüfuzunu da azaldır. Qərbin Tbilisiyə sanksiya siyasətinin bu kimi məsələlərə görə özünə qarşı çevrildiyi aydın görünür.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 129 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 129 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 129 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Seçilmişlər
icon