Pleyeri seçin:

Hikmət Hacıyev BBC-də sülh prosesindən danışdı | Mühüm detallar

20 dekabr 2023 519 baxış

“Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb”.

Bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev “BBC World”ə müsahibəsində deyib.

Bildirib ki, artıq hərbi qarşıdurma başa çatıb: “Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü bərpa etdi, öz ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoydu. Hələ 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğumuzu bəyan etmişdik. Hazırda Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik danışıqlar aparılır”.

Prezidentin köməkçisi bildirib ki, son 3 ay Ermənistan-Azərbaycan münasibətləri iki ölkənin müstəqilliyi tarixində ən sakit və ən dinc dövrlərdən biri hesab oluna bilər.

“Müharibə yoxdur, vəhşiliklər yoxdur, qarşıdurma yoxdur və əsgərlər kazarmalarına qayıdıblar. Nisbi sülh təmin olunub, indi onu uzunmüddətli sülhə çevirməyin, o cümlədən sülh müqaviləsinin imzalanmağın vaxtıdır”, – deyə H.Hacıyev qeyd edib.

Əlavə edib ki, Azərbaycan regionda sülh gündəmini dəstəkləyir. Prezidentin köməkçisi Ermənistanın 30 ildən artıq dövrdə işğalçı ölkə olduğunu bir daha xatırladaraq azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, ərazilərimizi dağıtdığını vurulayıb. Azərbaycanın suveren ərazilərində separatçı quruma dəstək verdiyini qeyd edib.

“Azərbaycan separatçı qurumun mövcudluğuna və onun hərbi komponentlərinə son qoymağa məcbur idi”, – deyə Prezidentin köməkçisi Hikmət Hacıyev fikirlərini yekunlaşdırıb.

Banner
Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV

Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV

Siyasət
07 oktyabr 2026 519 baxış
Həccə gedəcək azərbaycanlılarla bağlı yenilik | Bakı-Tbilisi qatarını kimlər seçir? - YENİ BİR SƏHƏR

Həccə gedəcək azərbaycanlılarla bağlı yenilik | Bakı-Tbilisi qatarını kimlər seçir? - YENİ BİR SƏHƏR

Siyasət
07 oktyabr 2026 519 baxış
Azərbaycan, Türkiyə və Özbəkistan xüsusi təyinatlıları bir araya gəldi - Baku TV

Azərbaycan, Türkiyə və Özbəkistan xüsusi təyinatlıları bir araya gəldi - Baku TV

Siyasət
07 oktyabr 2026 519 baxış
Ermənistan TRIPP-lə yanaşı, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə ümid edir

Ermənistan TRIPP-lə yanaşı, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə ümid edir

Siyasət
06 oktyabr 2026 519 baxış
Əsrlər boyu Böyük Vedi adlanan kəndin adı və əhalisi necə dəyişib? - Baku TV

Əsrlər boyu Böyük Vedi adlanan kəndin adı və əhalisi necə dəyişib? - Baku TV

Siyasət
06 oktyabr 2026 519 baxış
Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası Ermənistanın gündəmindədir - Baku TV

Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası Ermənistanın gündəmindədir - Baku TV

Siyasət
06 oktyabr 2026 519 baxış
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Baku TV

İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Baku TV

Siyasət
06 oktyabr 2026 519 baxış
Azərbaycan yeni dövrə keçir: strateji hədəflər dəyişir - AKTUAL GÜNDƏM

Azərbaycan yeni dövrə keçir: strateji hədəflər dəyişir - AKTUAL GÜNDƏM

Siyasət
06 oktyabr 2026 519 baxış
Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV

Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV

Siyasət
06 oktyabr 2026 519 baxış
DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR

DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR

Siyasət
06 oktyabr 2026 519 baxış
Seçilmişlər
icon