Hikmət Hacıyev Çinin televiziyasına müsahibə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu səviyyəyə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edib və ərazi bütövlüyünü, suverenliyini bərpa etməli olub:
“Azərbaycan, həqiqətən də, bunu etməyə məcbur idi. Çünki biz ikili standartlar, xarici hərbi təcavüz və hərbi işğal siyasətinə bəraət qazandırma, separatizmin təşviqi ilə də üzləşmişdik. Bu, hər bir ölkə kimi, Azərbaycan üçün də qəbuledilməz idi. Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındır.
Son altı ay Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub. Biz sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir".
Hikmət Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma səhifəsini çevirib irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti artırmalıdır.
“Ola bilsin ki, bu, uzun proses olacaq”, – deyə prezidentin köməkçisi əlavə edib.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
