Hikmət Hacıyev: Ermənistan Zəngəzur dəhlizinin açılmasına problem yaradır
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Sülh gündəliyinin bütün komponentləri – birincisi, Ermənistan-Azərbaycan sülh müqaviləsi, ikincisi, sərhədlərin delimitasiyası, üçüncüsü də nəqliyyat xətlərinin açılması məsələləri üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb. Bunun günahkarı Ermənistan tərəfidir. Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi. Amma bu öhdəlikləri yerinə yetirməyib və hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir", – o vurğulayıb.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
