Hikmət Hacıyev Ermənistanla bağlı paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Silahlı Qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin məsafədən idarə edilən bomba qoyulmuş itlərdən istifadə etməklə Azərbaycana qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
