Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesi barədə danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən GLOBSEC 2023 Bratislava Forumunda çıxış ediblər.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib. Forum çərçivəsində keçirilən "Dinc gələcəyə doğru: "Cənubi Qafqaz üçün yeni şəfəq" adlı panel müzakirələrində çıxış edən Hikmət Hacıyev qeyd edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziləri uzunmüddətli işğaldan azad olunub.
Prezidentin köməkçisi onu da vurğulayıb ki, ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. Hikmət Hacıyev həmçinin tərəflər arasında baş tutan görüşlərə diqqət çəkərək əlavə edib ki, sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir.
Armen Qriqoryan isə bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Azərbaycanla Ermənistan arasında ən böyük məsələ Qarabağ məsələsidir. O, Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı 1975-ci il xəritəsini əsas götürməyi təklif etdiyini deyib və əlavə edib ki, Ermənistan öz ərazisində dəhlizin yaradılmasına heç zaman razılıq verməyəcək. Hikmət Hacıyev cavabında qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də Azərbaycana məxsus Qarabağ bölgəsinə silah göndərir.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
