Pleyeri seçin:

İlham Əliyev Bolqarıstanın xarici işlər naziri ilə nələrdən danışdı?

13 mart 2025 394 baxış

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib.

Qonaq XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.

Georq Georqiev Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin olduğunu deyərək əməkdaşlığın bu prinsiplər əsasında hərtərəfli inkişaf etdiyini bildirib.

Bu xüsusda o, ölkələr arasında iqtisadi-ticari, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat, mədəniyyət, turizm, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu deyib.

Bolqarıstanın xarici işlər naziri Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyinə toxunub.

Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Dövlət başçısı əlaqələrin inkişafını qeyd edərək enerji sahəsində əməkdaşlığa toxunub.

Prezident İlham Əliyev Azərbaycan qazının bu gün Bolqarıstan bazarına çatdırılmasının əhəmiyyətini və bunun Bolqarıstanın enerji təminatında rolunu vurğulayıb. Azərbaycanla Bolqarıstanın bərpa olunan enerji sahəsində əməkdaşlığı məsələsi qeyd edilib.

Dövlət başçısı bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bərpa olunan enerji layihəsinə Bolqarıstanın da bir tərəfdaş kimi qoşulması münasibətilə təbriklərini çatdırıb.

Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 394 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 394 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 394 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 394 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 394 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 394 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 394 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 394 baxış
Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI

Siyasət
25 sentyabr 2026 394 baxış
2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV

Siyasət
25 sentyabr 2026 394 baxış
Seçilmişlər
icon