İlham Əliyev Fələstin Prezidentinə məktub ünvanladı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycanla Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirib, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm. Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik. İnanıram ki, Azərbaycanla Fələstin arasında xoş ənənələr üzərində qurulan dostluq əlaqələri və əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm", – deyə Prezident İlham Əliyevin təbrik məktubunda qeyd olunur.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident Fələstin Dövlətinin milli bayramı münasibətilə Mahmud Abbasa təbrik məktubu ünvanlayıb
- Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər
- Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar - Baku TV
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqda yeni mərhələ | Deputatdan detallı şərh - Baku TV
- İlham Əliyev və Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb - Baku TV
