Siyasət
Pleyeri seçin:

İlham Əliyev və Mehriban Əliyevanın Xocavənd və Xocalı rayonlarına səfəri

20 dekabr 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonuna səfər ediblər.

Dövlət başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar. Qəsəbə 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan azad edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində də olublar. Dövlət başçısı və birinci xanım kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər.

Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.

Dekabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda da olublar. Dövlət başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.

Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Siyasət
17 may 2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Siyasət
17 may 2024
Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Siyasət
17 may 2024
İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

Siyasət
17 may 2024
Kiçik Azərbaycan qlobal oyunçuya çevrilir? - Fransanın Bakı qorxusu

Kiçik Azərbaycan qlobal oyunçuya çevrilir? - Fransanın Bakı qorxusu

Siyasət
17 may 2024
Fransa günahkar axtarışında | Müstəmləkəçilik siyasətinin pərdəarxası - BAKU AKTUAL

Fransa günahkar axtarışında | Müstəmləkəçilik siyasətinin pərdəarxası - BAKU AKTUAL

Siyasət
17 may 2024
Qriqoryan ermənilərə qaranlıq qalan məsələyə aydınlıq gətirdi

Qriqoryan ermənilərə qaranlıq qalan məsələyə aydınlıq gətirdi

Siyasət
17 may 2024
Bakı buna görə COP29-a ev sahibliyi edəcək | BMT rəsmisi

Bakı buna görə COP29-a ev sahibliyi edəcək | BMT rəsmisi

Siyasət
17 may 2024
Ayxan Hacızadədən Fransanın əsassız ittihamlarına sərt cavab

Ayxan Hacızadədən Fransanın əsassız ittihamlarına sərt cavab

Siyasət
17 may 2024
Bakıda mühüm qərarlar veriləcək | COP29 rəsmisi təfərrüatları danışdı

Bakıda mühüm qərarlar veriləcək | COP29 rəsmisi təfərrüatları danışdı

Siyasət
17 may 2024
Seçilmişlər
icon