Pleyeri seçin:

İqlim dəyişikliyinin yaratdığı zərurət | Yaşıl bacarıqların inkişafı üçün nə lazımdır? - COP BAKU

18 noyabr 2024 449 baxış

Baku TV “COP-BAKU” layihəsi çərçivəsində COP29-un səkkizinci günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, 18 noyabr tarixində insan kapitalının inkişafı, iqlimin qorunmasında təhsil və səhiyyənin rolu, yeni yaşıl peşələr kimi məsələlər müzakirə edilib.

“İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü” adlı müzakirələrdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, dayanıqlı təhsil sisteminin qurulmasına diqqət yetirildiyini vurğulayıb:

“Biz bilirik ki, Azərbaycanda təhsil və elm iqlim dayanıqlığı missiyasının qəlbində yerləşir. Bakının başlatdığı və iqlim dayanıqlığı üçün insan inkişafına yön verdiyi prinsipləri xatırladaraq bildirirəm ki, dəyişiklik təhsildən başlayır. 3-cü prinsip iqlim dayanıqlığı keyfiyyətində təhsilin uşaqların erkən yaşdan universitetə qədərki bütün mərhələlərində önəmli rolunu vurğulayır. Biz milli təhsil kurrikulumunda bununla bağlı konkret addımlar atmışıq”.

Müzakirələrdə iştirak edən nigeriyalı qonaq Effiom Edu insan kapitalı ilə bağlı fikir mübadiləsinin səmərəli keçdiyini düşünür:

“Əsasən bu müzakirə insan inkişafı, gənclər və səhiyyə ilə bağlı idi. Düşünürəm ki, COP29-da ilk dəfə ortaya qoyulan bu məsələ kifayət qədər önəmli bir mövzudur. Çünki siz insan inkişafını nəzərə almadan ətraf mühit haqqında danışmağı təsəvvür edə bilməzsiniz. Buna görə də bu məsələ iqlim dəyişikliyi ilə mübarizənin inkişafı üçün önəmlidir. Müzakirələr çox məhsuldar keçdi. Çünki bəşəriyyətə, o cümlədən gənclərin, qadınların və uşaqların fəaliyyətinə investisiya qoyulması müzakirə edildi”.

Maraqlı müzakirələrdən biri isə Pakistan əhalisinin yarıdan çoxunun yaşadığı Pəncab ərazisində havanın keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı idi.

Pakistanlı iştirakçı İmran Amin bildirib ki, Cənub-Şərqi Asiya, xüsusilə Pakistanın Pəncab bölgəsi son bir neçə ildir ki, ciddi iqlim fəlakətləri ilə üzləşib:

“Orada daşqınlar baş verdi, havanın çirkləndirilməsi davam edir. Pəncabda demək olar ki, Pakistan əhalisinin 60 faizi yaşayır. Bir neçə ildir ki, dövlət burada baş verənlərə çox ciddi yanaşır və həmin ərazidə yaşıl iqlim proqramını həyata keçiririk. Bunu pavilyonumuzda da təqdim etdik. Proqram ərazini yaşıllaşdırır və vətəndaşlarımıza daha təmiz, yaşıl bir məkan təqdim edəcək”.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 449 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 449 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 449 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 449 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 449 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 449 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 449 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 449 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 449 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 449 baxış
Seçilmişlər
icon